Deposit Photos

Böhrandan çıxış yolu


2020-ci ilin 1-ci rübündə bütün dünyanı cənginə alan pandemiyanın uzun müddət ölkələrdə durğunluq yaratması milli iqtisadiyyatların, eləcə də dünya iqtisadiyyatını böhran vəziyyətinə salmışdır. Artıq bir neçə ölkə böhran planını açıqlamışdır. Bunlar milyard dollarlıq planlardır. Aparılan son araşdırmalara görə pandemiya dünya iqtisadiyyatına 5 trilyon ABŞ dolları həcmində zərər verib.

ABŞ iqtisadçılarının düşüncələrinə əsasən, dünya iqtisadiyyatının dərin böhran şəraitindən tam çıxması üçün enerji bazarlarında sabitləşmə və neftin qiymətinin yüksəlməsi əsas məqam sayılır.
“InternetdePul.com” xəbər verir ki, bu barədə G20 ölkələrinin energetika nazirləri arasında bu gün keçirilən videokonfransda ABŞ-ın energetika katibi Dan Bruyett bildirib.
Hazırkı böhranı dayandırmaq üçün bütün G20 ölkələri və bütövlükdə beynəlxalq birlik tərəfindən “sürətli və qətiyyətli” tədbirlərin zəruri olduğunu dilə gətirən Ağ Ev rəsmisi G20 ölkələrinin ortaq mənafeyinə uyğun olan variant kimi enerji sahəsinin “güc mövqeyi”nə qayıtmasını irəli sürüb: “Son məqsədimiz aydındır: bütün dünyadakı şəxslərin həyatını və gəlir mənbələrini qorumaq şərtilə qiymətlərdə sabitliyi bərpa etmək, sərbəst və açıq bazarları inkişaf etdirmək, dünyanı yenidən rifaha qaytarmaq. Mən hamını indiki və gələcək nəsillər xətrinə bu böhrana lazımınca ciddi münasibət göstərməyə səsləyirəm”.

Yorum Gönder

0 Yorumlar