Deposit Photos

Affiliate Marketing nədir?


Affiliate Marketing termini Azərbaycan dilinə satış ortaqlığı kimi tərcümə olunur. Burada siz satıcısınız lakin əlinizdə heç bir məhsul, xidmət yoxdur. Başqa bir satıcının məhsulunun, xidmətinin satışını həyata keçirirsiniz. Bunun qarşılığında müəyyən gəlir əldə etmiş olursunuz. Təsəvvür edin ki, evinizdə divanda oturmusunuz, çay içə-içə Çindəki bir satıcının qol saatını satırsınız. Bəli bu mümkündür və dünyada geniş yayılmış onlayn biznes növüdür.

Affiliate Marketing xidmətini təklif edən bir çox e-ticarət saytları mövcuddur. Ən məşhurları Amazon, Ebay, Aliexpress-dir. Bu sistemlərə qoşulmaq üçün yəni satış ortağı olmaq üçün heç bir ödəniş etməyə ehtiyac yoxdur. Sadəcə hansı platformada satış ortağı olmaq istədiyinizi seçin və qeydiyyatdan keçin. Satacağınız məhsulları müəyyən edin. Satış yerini seçin. Bu hansısa bir bloq sayt, web sayt, Facebook, İnstagram səhifəsi ola bilər. Bundan sonra sizə verilən məhsulların  linklərini paylaşaraq onları satırsınız. Hər satdığınız məhsuldan müəyyən pay sizə düşür.
Lakin bu sistem dünyada məşhur olduğundan rəqabət həddən artıq çoxdur. Məhsulu sata bilmək üçün əziyyət çəkmək lazımdır. Özünüzə sual verməlisiniz ki, nəyə görə alıcı bu qol saatını sizdən almalıdır. Alıcını cəlb etməyin ən gözəl üsulu online reklamlardır. Bura Google Ads və Sosial şəbəkə reklamlarını aid edərdim. Daha cəlb edici şəkillər, açıqlamalar alıcını sizdən almağa məcbur edəcək. 

Affiliate Marketinq sistemindəki qazanc modelləri aşağıdakılardır:
  1. Klik sayına görə ödəmə və ya CPC (Cost Per Click) – bu satış ortaqlığı modelində tanıtımını etdiyiniz məhsula gələn izləyici, izləyicilərin yazdığınız yazıdakı linkə və ya banerə klikləyərək tanıtdığınız məhsulun saytına keçid alması ilə pul qazana bilərsiniz. 
  2. Üzvlük sayına ödəmə və CPL (Cost Per Lead) – bu satış ortaqlığı modelində adından da anlaşıldığı kimi reklam verənlərin saytlarına yönəltdiyin izləyicilərin, həmin sayta üzv olmasa ilə qazanc verən bir modeldir.
  3. Hər bir satışa görə ödəmə və ya CPS (Cost Per Sale) – bu modeldə öz tanıtımınla satışını etdiyin məhsullara əsasən məhsul sahibinin müəyyən etdiyi məbləğ qədər qazanc əldə edirsiniz. 

Yorum Gönder

0 Yorumlar