Deposit Photos

Dizaynerlər üçün onlayn qazanc

 

Əgər dizayner kimi bacarıqlarınız varsa, peşəkar və yaxud həvəskar olaraq bu sahə ilə maraqlanırsınızsa sizə bu yazıda onlayn şəkildə xidmət göstərərək pul qazanmağı göstərəcəm. 

Dizayner dedikdə sadəcə memarlıq sahəsi başa düşülməsin. Burada siz loqo, web saytlar, flayerlər, köynək üzərində şəkillər dizayn edə bilirsiniz. Daha sonra düzəltdiyinizi bu saytda satışa çıxarırsınız.
Dünyanın bir çox ölkəsindən olan alıcılar dizaynınızı bəyənsə sizə pul ödəyərək ona sahib olacaqlar. 
Sayt https://www.designcrowd.com/ saytıdır. Aşağıdakı videoda siz saytın necə işlədiyi ilə bağlı fikir sahibi olacaqsınız. 
Saytın göstərdiyi xidmətlər bir çox biznes sahibini bura cəlb edə bilib. Əgər sahibkar hansısa agentliyə loqo üçün müraciət etsə burada rəsmi prosedurlardan başqa zaman məsələsi də gündəmə gələcək. Hansı ki sahibkar üçün zaman çox dəyərlidir. Bu səbəbdən onlar sizin kimi insanların göstərdiyi xidmətləri almaqda maraqlıdırlar.

Gözləməyin saytda qeydiyyatdan keçərək BACARIQLARINIZI Pula çevirin.


Yorum Gönder

0 Yorumlar