Deposit Photos

Neft qiymətləri yenidən ucuzlaşdı


“Brent” markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti Londonun ICE birjasında 4,06% azalaraq, 26,94 ABŞ dollarına qədər ucuzlaşıb.
Bu barədə Dünya Birjalarından xəbər verilir.
Bildirilir ki, WTI markalı neftin də fyuçerslərinin qiyməti 8,75% azalaraq, 22,84 ABŞ dollarına düşüb.

OPEC+ anlaşmasının qiymətlərə təsir etməməsi böyük güc dövlətlərini düşündürməyə başlayıb. Bir çox ölkələrin hasilatı aşağı salması fonunda qalxan qiymətlər artıq enişdədir. “Qara qızıl”ın qiyməti koronavirusa yoluxanların sayının artması fonunda düşməyə başlayıb. 
Bizim kimi neft asılılığı yüksək olan ölkələr qeyri-neft sektoruna yatırımları gücləndirməyə başlayıb. Sahibkarlığın inkişafı buna misal ola bilər. 

Yorum Gönder

0 Yorumlar