Deposit Photos

Yandex Money nədir?


Yandex Money və yaxud Yandex Pul qabı. Onlayn şəkildə pulunuzu saxlaya biləcəyiniz bir platformadır. Həmçinin bir çox pul qazandıran onlayn saytlardan əldə etdiyiniz vəsaitləri həmin sistemdə təhlükəsiz şəkildə saxlaya və nağdlaşdıra bilərsiniz.

Sistem 2002-ci ilin 24 iyul tarixində Rusiyanın paytaxtı Moskva şəhərində yaradılmışdır. Sistemin yaradıcıları "Yandex" və Rusiyanın "Sberbank" şirkətləridir. Master Card şirkəti ilə əməkdaşlıq etdiklərindən sayt vasitəsilə bank kartı da sifariş verə bilərsiniz. Lakin bunun üçün ilk öncə saytda qeydiyyatdan keçib, kimliyinizi təsdiq etməlisiniz. Təsdiq üçün şəxsiyyət vəsiqənizin şəklini onlara göndərməlisiniz. Təsdiq edildikdən sonra rahat şəkildə hesabınızdakı pulları ölkə banklarının kartına köçürdə bilərsiniz.

Yorum Gönder

0 Yorumlar