Deposit Photos

Google Adsense nədir?


İnternetdə real pul qazanmağa yardımçı olan mənə görə bir nömrəli layihə "Google Adsens"-dir. 

Adsense-ə başlamaq üçün, Veb saytınız (blog sayt da ola bilər), youtube kanalınız, mobil tətbiqetmə və ya mobil oyun sahibi olmalısınız. 

Qısaca olaraq, "adsense" saytlarda, youtube videolarında və bir çox mobil tətbiqlərdə çıxan reklamlardır ki, bu da həmin sayt, youtube kanalı və mobil tətbiqlərin sahiblərinə pul qazandırır. 

Adsense-dən istifadə edən bir şəxs kimi deyə bilərəm ki, real olaraq pul ödəyir. Heç bir komissiya, faiz, əlavə ödənişə ehtiyac yoxdur. Sadəcə qazandığınız pulu götürə bilmək üçün VÖEN-ə sahib olmalısınız.

Adsense Google şirkətinə məxsus reklam xidmətidir. 

Adsense ilə sahibkarlar öz xidmətlərini sizin sahib olduğunuz web saytında və yaxud Youtube kanalında yayımlayırlar. 

İnternet səhifənizin (Youtube kanalı da ola bilər) olduğunu düşünürəm. Səhifənizdə reklam üçün yer ayırmısınız və pul qazanmaq istəyirsiniz. Adsense hesabı açaraq (hesab pulsuz açılır) həmin hesabda reklam bölmələri yaradırsınız və həmin bölmələrin kodlarını internet səhifənizə yerləşdirirsiniz. Nəticədə həmin bölmədə istifadəçilərə reklamlar göstərilir. İstifadəçilər göstərilən reklamlara tıklayaraq reklam səhifəsinə keçid etdikdə sizin Adsense hesabınıza müəyyən məbləğdə pul otuzdurulur. Hesabdakı məbləği nəğdləşdirmək üçün nəğdləşdirmə limiti qədər hesabınızda pul olmalıdır. Bu limit hesabınzdaki vlayutaya görə dəyişir. Məsələn hesabınız dollar hesabıdırsa (Azərbaycan üçün dollar hesabı verilir) 100$ limitinə çatdıqda nəğdləşdirmə mümkün olur. 

Bu işə başlayarkən əsas məqsəd pul qazanmaq olmamalıdır. Sevdiyiniz işi görün və sonda qazanc özü gələcək. 

Adsense ilə pul qazanmaq üçün aşağıdakılar önəmlidir:

  • Səhifənizin gündəlik girişi yüksək olmalıdır. yəni hərgün səhifənizə minlərlə insan girməlidir.
  • Sadəcə giriş önəmli deyil. Səhifənizə daxil olan istifadəçilər reklamlara tıklamalıdır ki, siz pul qazana biləsiniz. Bunun üçün də səhifəniz insanların maraqlarına görə hazırlanmalı, maraqlı, dolğun məlumatlar daxil edilməlidir. Dolğun məlumat olduqda istifadəçiyə həmin səhifədəki məlumatlara uyğun reklamlar göstərilir və istifadəçinin həmin reklama daxil olması ehtimalı yüksəlir.
  • Adsense tərəfindən müəyyən edilmiş qaydalar mütləq ciddi şəkildə oxunmalı və həmin qaydalara ciddi riayət edilməlidir. Əks halda hesabınızda qazanılmış məbləğ olsa belə hesabınızı bloklaya bilərlər. Hətta xəbərdarlıq etmədən belə bloklama haqqları var.
  • İnternet səhifəniz adsense tərəfindən dəstəklənən dillərdə olmalıdır. Məsələn: İngilis, Rus, Türk dillərində. Azərbaycan dili hal-hazırda dəstəklənmir.


Yorum Gönder

0 Yorumlar