Deposit Photos

Misir BVF və Dünya Bankına müraciət etdi


Misir, BVF və Dünya Bankından borclarının bir qisminin silinməsini, bir qisminin də  təxirə salınmasını tələb etdi.
Misir Maliyyə naziri Məhəmməd Muit, Milli məclisdəki Plan ve Büdcə komissiyasının iclasındakı çıxışında, BVF və Dünya Bankından, faizləriylə birlikdə borclarının bir qismini silmələrini, bir hissəsinin də bir sonrakı tarixə keçirilməsini istədiklərini bildirdi. 
Muit, ölkəsinin Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankından başqa tələbləri olduğunu da bildirdi ancaq bunun nə olduğunu açıqlamadı.
Misir Maliyyə nazirliyi bugün 2019-2020 büdcə kəsrinin 7,9 % olacağını gözlədiklərini bildirmişdir. 

Yorum Gönder

0 Yorumlar