Deposit Photos

Ödənişin bir hissəsi geri qayıdır


Uzun zamandır Azərbaycanda mağazalarda, ictimai iaşə obyektlərində (kafe, restoran) alış-veriş edən zaman ƏDV-nin bir hissəsinin geri qaytarılması məsələsi müzakirə olunurdu. Artıq müzakirələr yekunlaşdı və 2020-ci il may ayının 1-dən etibarən ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır.
Bəs bu necə baş verir?

Belə ki, ilk öncə "Edvgerial.az" saytında qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat prosesi sadədir. FİN kodunuzu və mobil telefon nömrənizi qeyd edirsiniz. Nömrənizə kod gəlir onu qeyd edib, şifrə təyin etdikdən sonra qeydiyyat bitir. Alış-veriş etdiyiniz zaman kassadan sizə çek verilir. Həmin çekin üzərində 12 simvoldan ibarət "Fiskal İD" vardır. Həmin kodu "Edvgerial.az" saytına yerləşdirmək lazımdır.
Qeyd edim ki, yalnız 21 mart 2020-ci il tarixindən etibarən alınmış çekləri sistemə əlavə etmək mümkündür. Həmçinin çek alındığı andan 90 dəqiqə sonra sistemə işlənməlidir. Əks halda sistemdə tapılmaya bilər. Bundan əlavə benzin doldurma məntəqələrində alınmış çeklər sistem tərəfindən qəbul edilmir.
Qaytarılan məbləğ isə nağd ödənişlərdə ƏDV-nin 10%, nağdsız ödənişlərdə isə (post terminal vasitəsilə) ƏDV-nin 15% geri qaytarılır. Qaytarılan məbləğ saytda sizin balansınızda göstərir.
Qaytarılan məbləğlə siz sayt vasitəsilə telefon, kommunal xidmət, sığorta, cərimə ödənişlərini həyata keçirə bilərsiniz.
Daha ətraflı video:


Yorum Gönder

0 Yorumlar