Deposit Photos

Freelance nədir


Bu gün dünyada baş verənlər, karantin hallarının tətbiq edilməsi bir çox biznes sahələrinə mənfi təsir göstərmişdir. Bu səbəbdən müflis edən şirkətlər az olmadı. Bir çox şirkətlər kiçilməyə gedərək mövcud işçi sayını evdən işləməyə yönəltdilər. Artıq müddət keçdikcə evdən işləmək və işçini rəsmi qeydə almadan müəyyən bir işi işçiyə evdən gördürmək məşhurlaşmaqdadır.

Freelance iş  Azərbaycan dilindən tərcümədə sərbəst iş mənasına gəlir. Yəni bəlli iş saatların yoxdur. Sərbəst qrafik mövcuddur. Sadəcə götürdüyün işi vaxtında təhvil verməyin tələb olunur. Freelance işləyərək öz şirkətini açanlar da var. Burada əsasən komputer proqramları ilə, qrafik dizaynerliklə məşğul olanlar rahat iş tapa bilir. Daha çox ehtiyac olan sahələrdən biri də web proqramlaşdırma sahəsidir. Ona görə bu sahələrə daha çox yönlənsəniz, iş tapmağınız bir o qədər rahat olacaqdır, ancaq tərcümə üçün də freelance işlər çoxdur. Digər freelance işlərə misal olaraq yazı yazmaq – tələb olunan sahə üzrə original mətnlər hazırlamaq. Burada dil bilgisi də önəmlidir. Logo hazırlamaq bacarıqlarınız sayəsində də  siz burada rahat işləyə bilərsiniz. Satış və marketinq, sosial mediada işləmək bacarıqlarınız varsa bu sahə üzrə də freelance iş tapa bilərsiniz. Bundan başqa müştəri xidmətləri, analitik və memar, dizayner işləri də tapa bilərsiniz.

Freelance-a əlavə gəlir yeri kimi də baxa bilərsiniz. Dünyanın istənilən nöqtəsindəki sahibkarlarla işləmək imkanınız var. Müxtəlif sifarişlər alırsınız və onları yerinə yetirib pul qazanırsınız.

Bu işləri tapmaq üçün saytlarda qeydiyyatdan keçməyiniz lazımdır. Ən məşhur saytlar aşağıdakılardır:

1.       https://www.upwork.com/

2.       https://www.freelancer.com/

Qeydiyyatdan keçin, bacarıqlarınıza uyğun sahələri seçin. Bəlkədə elə sizi axtarırlar. Bacarıqlarınızı qazanca çevirməyin vaxtıdır.


Yorum Gönder

0 Yorumlar