Deposit Photos

Ən çox pul qazanan oyunçular


Ən çox pul qazanan oyunçular

Saatlarla video oyunlar oynamaq sizə də milyonlar qazandıra bilər. Bu sahədə təşkil edilən saysız-hesabsız çempionatlar, sponsorluq müqavilələri və yaradılan komandalar sayəsində, əgər doğurdan da yaxşı oyunçsunuzsa milyonlar qazanmağınız mümkündür. Bu yazıda sizlərə dünyada oyun oynayaraq ən çox pul qazanan oyunçular-gamer-lər haqqında danışacam.

1.       Carlos Rodriguez, 'Ocelote'

30 yaşındakı Carlos Rodriguez peşəkar League of Legends oyunçusudur. İspan mediasına verdiyi röportajda illik gəlirinin 950,000 dollar olduğunu açıqlamışdır. Bu gəlirin əsas mənbələri – çempionat mükafatları, reklam gəlirləri, sponsorluq müqavilələri, e-sports klubundan aldığı maaşı ve live stream gəlirləridir. G2 E-sport klubunun üzvüdür.

2.       Johnathan Wendel, 'Fatal1ty'

Daha çox bilinən adıyla "Fatal1ty" oyun dünyasında tanınmış addır. 1999-cu ildən peşəkar oyunçu kimi fəaliyyətə başlayan Wendel Cyberathlete Professional League-də Doom 3, Alien vs. Predator 2 və Painkiller gibi oyunlarda başarı kazanmıştır. 

13 il ərzində peşəkar bir oyunçu tərəfındən qazanıla biləcək ən yüksək məbləği qazanaraq (35 çempionatda 455,000 dollar) bu sahədə adını tarixə yazdırmağı bacarıb. Hal-hazırda 39 yaşı olan Wendel-in Fatal1ty Gaming Gear adlı bir şirkəti var.

3.       Katherine Gunn, 'Mystik'

Dünyanın ən məşhur qadın oyunçularından biri olan Katherine Gunn “Dead or Alive 4” və “Halo: Reach” oyunlarıyla maraqlanır. Sadəcə 3 çempionatdan 122,000 dollar qazanan Gunn, SyFy reality WCG Ultimate Gamer yarışını qazanan ilk qadın kimi tarixə keçib. Həm də bu çempionatdan da 100,000 dollar qazanmışdır. Hal-hazırda 32 yaşı olan oyunçu Youtube, Twitch kimi yayım platformalarında video paylaşaraq və canlı yayım edərək pul qazanmaqdadır.


Yorum Gönder

0 Yorumlar