Deposit Photos

Amazonda Satış Ortaqlığı ilə QAZANC


    

 Bu yazıda siz heç bir mağazaya, heç bir məhsula sahib olmadan dünyanın məşhur e-ticarət saytında necə məhsul sataraq pul qazana biləcəyinizi öyrənə biləcəksiniz. Yazıya keçmədən öncə özünüzə bir çay süzün və yazılanları diqqətlə oxuyun.

    İlk öncə Amazon Affiliate (satış ortaqlığı) haqqında. Bu gün dünyada internet üzərindən alış-veriş səviyyəsi həddindən artıq yüksəlmişdir. Bu dünya ticarət təşkilatının son statistik hesabatlarında da görmək mümkündür. Səbəb kimi pandemiyanı göstərə bilərik. Buraya sadəcə hər hansısa malın satışı deyil həmçinin xidmətlərin də satışı daxildir. Əgər Amazon saytında satılan hər hansısa məhsulu internet istifadəçisi sizin linkiniz vasitəsilə alarsa həmin məhsulun satışından sizə müəyyən qədər pay verilir.             Başqa sözlə desək, tutalım bir facebook səhifəniz var. Orada müxtəlif məhsullar satırsınız. Amazon affiliate proqramında qeydiyyatdan keçdikdən sonra orada satılan saatın linkini öz facebook səhifənizdə paylaşırsınız. Səhifənizi izləyənlərdən biri linki açır və saatı sifariş verir. Amerikadakı satıcı saatı paketləyir və alıcıya göndərir. Həmin saatın satışına köməkçi olduğunuz üçün satışdan müəyyən pay sizə veriləcək.

    Bu sistemin üstünlüyü ondan ibarətdir ki, əlinizdə məhsulun olmasına ehtiyac yoxdur. Məhsulun göndərilməsi kimi dərdiniz yoxdur. Dükanınız yoxdur.

    Bu sistemin mənfi xüsusiyyətləri ondan ibarətdir ki, ilk başladığınız vaxtlar çox az gəlir əldə edirsiz. Satış üçün güclü platformanız olmadır. Yəni, böyük facebook səhifəsi, qrupu, instagram hesabı, çox sayda abunəsi olan Youtube kanalı. Ən yaxşısı satış saytınız olarsa sistemdə böyük qazanclar əldə edə bilərsiniz. Həmçinin saytınızın Google axtarışında ön səhifələrdə çıxa bilməsi üçün SEO məlumatlarınız da olmalıdır.

Amma bütün bunlara baxmayaraq Affiliate proqramından aldığınız linkləri üzv olduğunuz səhifələrdə, qruplarda, forumlarda paylaçaraq qazanmağa başlaya bilərsiniz.

Uğur qazanmaq üçün ilk öncə bir məhsul satışında ixtisaslaşın. Məsələn yalnız saat satışı ilə başlayın. 

Satışdan alacağınız ən yüksək pay 10%-dir. Gözəllik, makyaj məhsulları sata bilsəniz satışdan 10 faiz sizə veriləcək.

Qeydiyyatdan keçmək üçün LİNK ->  https://affiliate-program.amazon.com/home

Qeydiyyatdan keçmək qaydaları: 

İlk öncə adınızı, yaşadığınız yeri, ölkəni seçirik. Telefon nömrənizi yazırsınız. Poçt indeksinizi qeyd etməyi də unutmayın. Poçt indeksini məsələn: "AZ1001" kimi yazın.

Daha sonra sizə veriləcək linkləri harada yayımlayacağınız soruşacaq. Burada saytınızın linkini, youtube kanalınızın linkini yaxud facebook səhifənizin linkini və s. əlavə edirsiniz. Aşağıda açılan yazıda "NO" yazısını işarələyib növbəti səhifəyə keçirsiniz.

Daha sonra saytınız haqqında məlumatları qeyd edirsiniz və satacağınız məhsul çeşidlərini seçirsiniz.

Qeydiyyatı tamamladıqdan sonra vergi məlumatlarını istəyəcək. Orada "Later" düyməsinə klik edin. Əgər satış edə bilsəniz daha sonra vergi məlumatlarını doldurarsınız.

Bu qədər. Siz bol qazanclar. Növbəti yazılarımızda daha ətraflı məlumatlar veriləcək.




Yorum Gönder

0 Yorumlar