Deposit Photos

Onlayn qazanc - Copy Paste



İnternetdə real pul qazandıran layihələrin başında affiliate marketing dayanır. Burada qazanmağa başlamaq üçün düzgün strategiya, səbr və yenilikçilik lazımdır.

Şərt deyil sizin bir saytınız olsun. Sosial media hesabları vasitəsilə də affiliate marketinqdə qazanc əldə edə bilərsiniz. Amazon Affiliate Marketing  haqqında olan yazını linkdən oxuya bilərsiniz.  

                                      

İndi isə keçək yeni bir metoda burada internetdə tapdıqlarını kopyalayıb yapışdıraraq istifadəçiləri cəlb edib qazanc əldə edəcəksiniz. Bu yazı da affiliate marketing-ə aid olacaq. 

İlk öncə dünya üzrə məşhur olan mövzuları özümüz üçün müəyyən edirik. Misal üçün, artıq çəkilərdən qurtulmaq, gözəl bədən quruluşuna necə sahib olmaq olar, pulsuz kino izləmə, internetdən pul qazanmanın yolları, dəriyə qulluq və kosmetika vasitələri və s.. Bu mövzulardan birinin adını ingil dilində Google-da axtarışa verirsiniz. İlk çıxan səhifədəki yazını kopyalayırsınız.

İkinci mərhələdə sites.google.com saytına daxil olaraq seçdiyiniz mövzuya uyğun çox rahat üsulla sayt yaradırsınız. Ilk mərhələdə kopyaladığınız yazını bu sayta əlavə edirsiniz. 

Üçüncü mərhələdə isə affiliate marketing etmək istədiyiniz platformaya daxil olaraq orada saytınızın mövzusuna uyğun məhsul seçirsiniz. Misal üçün saytınız kosmetika haqqındadır. Amazon affiliate saytına daxil olaraq kosmetik məhsul seçirsiniz və proqramın sizə verdiyi linki kopyalaraq yaratdığınız sayta daxil edirsiniz. Beləcə saytınıza daxil olub yazını oxuyan şəxs bununla bağlı olan məhsulu görüb satın aldığı zaman siz də qazanmış olacaqsınız. 

Yorum Gönder

0 Yorumlar