Deposit Photos

Fiverr - Onlayn İş


 Fiverr - müxtəlif xidmətlər, tapşırıqlar və kiçik işlər təklif edən və bunun qarşılığında sizə qazanc gətirəcək onlayn platformadır. 

2010-cu ildə qurulan Fiverr-ın əsas məqsədi sərbəst işləyənlərin öz xidmətlərini digital platformada təklif edə bilməsini təşkil etməkdir. Sayta daxil olduğunuzda ağlınıza gələ biləcək hər kateqoriyaya aid iş tapa bilərsiniz. Dizayner olun, Web proqramçı olun, vəkil və ya musiqiçi olun fərq etməz Fiverr-da bacarığınıza uyğun iş tapa bilərsiniz.

İlk öncə sayta daxil olub qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçdikdən sonra hesabınızı sağ yuxarı küncdə yazılan Switch Selling bölümünə tıklayaraq öz xidmətlərinizi sata biləcəyiniz bölümə keçirsiniz.

Burada "Share your gig" bölümünə keçərək təklif etdiyiniz xidməti bildirirsiniz. Misal üçün xarici dil bilikləriniz varsa tərcümə xidməti göstərə bilərsiniz. Şirkətlər üçün loqo hazırlaya bilərsiniz. Bu kimi digər xidmətlər burada mümkündür.

Sonda onu da bilməlisiniz ki, fiverr-da qazancınızın 80%-i sizə verilir. Geri qalan 20%-i isə komissiya haqqı kimi fiverr-a ödənilir.

Yorum Gönder

0 Yorumlar