Deposit Photos

Sayt Qur PUL Qazan


 

İnternetdə pul qazanmağın yollarından biri sayt quraraq reklamdan və sponsorlardan pul qazanmaqdır. Lakin daha da irəlk gedərək öz işinizi onlayna çıxardaraq yeni müştərilər əldə etmək üçün də sayt qura bilərsiniz. 


Əgər düşünürsünüz ki, bildikləriniz, verəcəyiniz məlumatlar, hobbiləriniz və maraq dairəniz bir çox insan üçün maraqlıdırsa o zaman bunları yazaraq insanlarla bölüşün. Hətta yazdıqlarınızdan pul da qazana bilərsiniz desəm elə indi sayt qurmağa başlayacaqsınız.

Necə sayt quracağınıza qərar verməmisinizsə sizə bir neçə mövzu təklif edə bilərəm. Bunlara misal olaraq, dadlı yeməklər bişirə bilirsinizsə yemək reseptləri haqqında, avtomobillərə marağınız varsa onlar haqqında, gündəlik xəbərlər barəsində öz şərhinizi verə bilərsiniz və s..

Sayt qurmağın bahalı olduğunu düşünürsünüzsə yanılırsız. Bu gün internetdə heç bir kod yazmadan sayt qurmağa kömək edən onlarla sayt var. Onlar biri blogger.com saytıdır. 

Bu sayta daxil olaraq "Blog Yarat" düyməsinin köməkliyi ilə işə başlaya bilərsiniz. Daha sonra Google hesabınıza daxil olunmağınız istənilir. Google hesabınız vasitəsilə "Blogger"-da qeydiyyatdan keçmiş olursunuz. Daha sonra blog saytınızın necə görünəcəyini seçərək işə davam edirsiniz. Bəyəndiyiniz dizaynı seçdikdən sonra yazı yazmağa hazırsınız. 

İndi isə keçək pul qazanmaq hissəsinə. Blogger-da ən rahat yol Google Adsense vasitəsilə qazanmaqdır. Blogger menyusunda "Qazanc" bölməsinə klik edərək saytınızı Adsense-də qeydiyyatdan keçirirsiniz. Daha sonra Adsense sizə reklam HTML kodu verəcək. Bu kodu gadget vasitəsilə saytınız ən gözəl yerinə yerləşdirəcəksiniz. Reklam yerləşdirmək çətin deyil. O da menyu-da Dizayn bölməsində mövcuddur. 

Qurduğunuz sayt internetdə belə görünəcək: "saytınız.blogger.com". Bunu dəyişmək çox asandır. Lakin bunun üçün əliniz cibinizdə olmalıdır. Ən məşhur domain adını satan şirkət GoDaddy-dir. Godaddy.com saytına daxil olaraq ordan domain adını satın alırsınız. Bu domaain adını blogger-ə birləşdirmək isə çox asandır. Youtube-da buna aid yüzlərlə video mövcuddur.

Əgər .az domain-i istəyirsinizsə online.az və sayt.az saytlarına baş çəkə bilərsiniz.

Bildiklərinizi internetdə dünya ilə bölüşün və bundan gəlir əldə edin.

Yorum Gönder

0 Yorumlar