Deposit Photos

Kriptovalyutalar niyə düşür?


 

Bitcoin və digər altcoinlər son həftələrdə böyük miqdarda dəyər itirdilər. Hətta qonşu Türkiyədə bunun nəticəsində bankrot olanlar, intihar həddinə kimi çatanlar oldu. 

Əlbəttə kriptovalyutaya yatırım edənlərin əksəriyyəti onun nə vaxt qalxıb, nə vaxt düşəcəyini təxmin edə bilmir. Bu yazıda onu aydınlaşdırmağa çalışmışam. 


Kriptovalyuta bazarı valyuta bazarı kimi kənar təsirlərdən çox asılıdır. Bir çoxlarımızın bildiyi kimi "Tesla" şirkətinin qurucusu Elon Maskın Twitter sosial şəbəkəsində yazdıqlarından sonra bazarda dalğalanmalar baş verir. Son olaraq onun yazdığı tvit "Tesla Bitcoin-lə satış etməyəcək. Çünki onun mayninq zamanı xərclədiyi enerji həddindən artıq çoxdur." sözləri Bitcoinin dəyərinin düşməsinə səbəb oldu. 

Bundan bir neçə gün sonra Çin Xalq Respublikasının milli maliyyə qurumu yerli banklara kriptovalyuta ilə əməliyyatlara qadağa qoydu. Çin kimi böyük iqtisadiyyata malik ölkənin belə bir qərar almasından sonra nəinki Bitcoin digər bütün kriptovalyutalar sürətlə dəyər itirməyə başladı. Beləliklə tələb azaldı və avtomatik olaraq qiymət düşdü. 

Lakin bunu fürsət bilib kriptovalyuta almaq da olar. Çünki bir çoxlarının fikrincə kriptovalyuta gələcəyin valyutasıdır.

Yorum Gönder

0 Yorumlar