Deposit Photos

Şəkil sataraq PUL Qazanın

 


Şəkil çəkməyi çox sevirsiniz? Bu sevimli məşğuliyyətinizdən pul qazana bilərsiniz.

Hal-hazırda internetdə bu xidməti sizə verən 4 məşhur sayt var. Saytların istədiyi tək şey çəkilən şəkillərin kopya deyil original olmasıdır. Yəni satmaq istədiyiniz şəklin internetdə tək olması, başqa heç bir sayta yüklənmiş olmamasıdır.


Birinci sayt Shutterctock-dur. Bəlkə Googıe-da şəkil axtararkən şəkillərin üzərində "shutterstock" yazılı olanları görmüsünüz. Bu o deməkdir ki, həmin şəkil bu saytda pul ilə satılır. Onu yükləmək üçün cüzi miqdarda ödəniş etməlisiniz. 

Gələk burada pul qazanmağa. Çox sadədir. Saytda qeydiyyatdan keçirsiniz. Çəkdiyiniz şəkil və hətta videolarınız sayta yükləyərək satırsınız. Əgər alıcılar şəkillərinizi bəyənsələr və ya onlara lazımlı şəkil və video olsa satın alacaqlar. 

İkinci sayt Adobe-un şəkil saytıdır. Burada eyni qaydada şəkil sataraq pul qazana bilərsiniz.

Üçüncü sayt Gettyimages və dördüncü sayt EyeEm saytlarıdır. Eyni qaydada qeydiyyat keçərək çəkdiyiniz şəkillərinizi yükləyərək pul qazanmağa başlayırsınız.

Yorum Gönder

0 Yorumlar