Deposit Photos

Köynək dizayn edərək SATIN


 Online biznes qurmaq haqqında düşünürsünüz lakin maliyyə yoxdur. O zaman siz onlayn şəkildə köynək dizayn edərək satıb pul qazana bilərsiniz. Bunun üçün sizə heç bir vasitə gərək deyil. Sadəcə internetinizin olmağı kifayət edir.


Saytın adı "Teespring" adlanır. İlk öncə saytda qeydiyyatdan keçirik. Qeydiyyatdan keçdikdən sonra başlayırıq saytda mövcud olan köynəklərin üzərinə dizayn verməyə. Burada siz köynəklərin üzərinə istəsəniz yazı yaza və ya şəkil qoya bilərsiniz. Əlbəttə ki, həm şəkil həm də yazı yaza bilərsiniz. Əgər ağlınızda möhtəşəm bir dizayn, şəkil və ya söz varsa vaxt itirməyin sayta daxil olaraq yaratmağa başlayın.

Burada yalnız köynək deyil, həmçinin tibbi maska, corab, şərf, stəkan, şalvar da dizayn edə bilərsiniz.

Dizayn edib bitirdikdən sonra siz məhsullarınızı satmağa başlayırsınız. Dizayn etdiyiniz məhsulların qiymətini özünüz qeyd edirsiniz. Əgər güclü onlayn marketing bacarıqlarınız varsa satış sizin üçün daha asan olacaq. Əgər yoxdursa kefinizi pozmayın internetdə bir çox sosial şəbəkələrdə paylaşımlar edərək köynəklərinizi (və digər məhsullarınızı) asanlıqla sata bilərsiniz. Qeyd edim ki, çatdırma işini sayt özü həyata keçirir.

Sonda saytda açdığım öz mağazamı sizlərə təqdim edirəm: https://flaqman-store.creator-spring.com/

Yeni açıldığı üzərində işləməyə ehtiyacı var.

Yorum Gönder

0 Yorumlar