Deposit Photos

Shopify nədir?


 E-ticarət sahəsiylə maraqlanırsınızsa bu yazı sizin üçündür. Bunun üçün bütün dünyada məşhur olan "Shopify" saytı sizə kömək olacaq. 


Əlimizdə heç bir məhsul, mağaza, anbar, çatdırma xidməti olmadan e-ticarətlə məşğul ola bilərsiniz. Shopify bunu sizin üçün təmin edir. İlk öncə saytda qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat pulsuzdur lakin 14 gündən sonra ödəniş etmək lazımdır. Ödəniş barədə biraz sonra.

Qeydiyyatdan keçdiniz indi isə satacaq məhsul tapmalıyıq. Əlimizdə heç bir məhsul yoxdur. Heç almaq fikrimizdə yoxdur. Sadəcə məşhur satış saytlarından (aliexpress, amazaon, ebay və s.) məhsulu tapıb alıcıya bizim yaradacağımız satış saytından satmağa çalışacağıq. 

Misal üçün aliexpress saytından saat tapdıq. Shopify-a qayıdaraq saytımızı qururuq. Sayt qurmaq üçün heç bir kod və ya hansısa proqram bilməyimizə ehtiyac yoxdur. Saytı qurduqdan sonra satacağımız saatların şəkillərini yerləşdiririk. Əsas iş bundan sonra başlayır. Reklam edərək saytımızı tanıdırıq ki, saytımıza müştəriləri cəlb edə bilək. Bunun üçün ən optimal variant "Facebook" və "İnstagram" sosial şəbəkələridir.

Müştərilər reklamlar vasitəsilə saytımıza gələrək satdığımız saatlardan birini sifariş verir. Biz isə aliexpress saytından həmin məhsulu müştərinin ünvanına göndəririk. 

Bəs biz burada nə qazanırıq? Aliexpress-də saatın qiyməti 20$ olduğunu düşünək. Biz həmin saatı saytımızda 45$ - a satışa qoyuruq. Müştəri saatı aldıqdan sonra bizim qazancımız 25$ olacaq.

Shopify saytında aylıq abunə haqları var. Ən ucuz abunəlik 30$-dır. 14 gün pulsuz istifadə haqqınız var. Əgər bəyənməsəz 14 gün içində abunəliyi ləğv edə bilərsiniz.

Yorum Gönder

0 Yorumlar