Deposit Photos

TikTok-da PUL Qazanmaq


 

Son zamanlar dünyada məşhur olan TikTok sosial şəbəkəsindən PUL qazanmaq mümkündür. TikTok istifadəçilərinin bir çoxu bəlkə də bunu bilir bilməyənlər üçün bunun bir neçə üsulu var. Gəlin o üsullarla tanış olaq.


Birinci üsul məhsul satmaq. Əgər elektron ticarətlə məşğulsunuzsa və yaxud e-ticarətə başlamaq istəyirsinizsə bu üsul tam sizə görədir. Belə ki, satdığınız məhsulla bağlı videolar çəkərək onu yayımlayırsınız və yeni alıcılar cəlb etmiş olursunuz.

İkinci üsul sponsorlu reklam edərək pul qazanmaq. Lakin bunun üçün şirkətlər sizdən yüksək izləyici sayı istəyəcəklər. Son günlər istədikləri rəqəm ən azı 50 min izləyicidir. 

Üçüncü üsul hesab satmaq. İlk öncə yeni bir hesab yaradırsınız. Bu hesabınızda şəxsi olmayan videolar paylaşırsınız. Misal üçün, avtomobil, idman, hərbi, oyun və s. mövzulu videolar paylaşaraq hesabınızdakı izləyici sayını artırırsınız. Daha sonra isə o hesabı sataraq pul qazanırsınız. 

Dördüncü üsul canlı yayım. Canlı yayım açaraq izləyicilərdən "coin"-lər toplamaqla pul qazana bilərsiniz. Sizin yayımlarınızı izləyənlər pul qarşılığında Tiktokdan sizə coinlər göndərirlər. Əlbəttə ki bu coin-ləri əldə edə bilmək üçün izləyicilərin diqqətini cəlb etməyi bacarmalısınız. Düşünün nəyə görə sizə coin göndərməlidirlər. Başlamaq üçün digər TikTok istifadəçilərinin canlı yayımlarına baxaraq necə qazandıqlarını görə bilərsiniz.

Yorum Gönder

0 Yorumlar